AZ

Lukaşenkonun rəqsi gündəm oldu - VİDEO

Belarus Prezidenti Aleksandr Lukaşenko Müstəqillik Sarayında keçirilən gənclər üçün Yeni İl balında çıxış edib.

Musavat.com xəbər verir ki, dövlət başçısı tədbirin əhəmiyyətini vurğulayaraq iştirakçılara müraciət edib:

"Bu gün Müstəqillik Sarayımızda parlaq, gözəl bir bayram keçirilir. Ruhlandırıcı bayram. Bu bayramın əsas bəzəyi sizsiniz, əziz Yeni İl balının iştirakçıları", - deyə Lukaşenko bildirib.

Prezident həmçinin gənclərin ölkənin gələcəyi olduğunu qeyd edərək əlavə edib: "Mənim üçün çox önəmlidir ki, siz bu bayramı hiss edəsiniz, Sarayın - bizim müstəqilliyimizin rəmzi olan bu məkanın xüsusi ab-havasını duyasınız. Sarayın pəncərələrindən Minski izləyərək öz təcrübənizdə görəsiniz ki, doğma Belarus - imkanlar ölkəsidir."

Tədbir gənclər tərəfindən böyük coşqu ilə qarşılanıb və Yeni İl ruhunu əks etdirən unudulmaz anlarla yadda qalıb. 

 

Musavat.com

Seçilən
2
4
musavat.com

5Mənbələr