AZ

Portuqaliya sahillərində inanılmaz tapıntı - Qızıl və gümüş yüklü 250 gəmi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Portuqaliya sahillərində təxminən 250 xəzinə yüklü gəmi hələ də dənizin dibində qalır.
Oxu.Az-ın verdiyi məlumata görə, sensasiyalı bəyanatla portuqaliyalı arxeoloq Aleşandre Monteyru çıxış edib.
Onun sözlərinə görə, təkcə 1589-cu ildə Lissabonun cənubunda, Troya yarımadasının yaxınlığında batan ispan qaleonu "Nossa Senhora do Rosario"da 22 ton qızıl və gümüş ola bilər.
Monteyru bildirib ki, Madeyra, Azor adaları və ölkənin kontinental hissəsinin sahillərində baş verən gəmi qəzalarının əksəriyyətini müəyyən etməyə imkan verən unikal məlumat bazası yaradıb. Onun araşdırmalarına görə, XVI əsrdən bəri batan gəmilərin sayı təxminən 8 620-dir.
Qeyd edək ki, Portuqaliya XV-XVI əsrlərdə Cənubi Amerika, Afrika və Şərqi Hindistanda dənizaşırı əraziləri olan ən böyük müstəmləkə dövlətlərindən biri idi. Portuqaliya müstəmləkə imperiyasının tədricən dağılması nəticəsində Braziliya, Anqola, Mozambik və digər müstəqil dövlətlər yaranıb.
Seçilən
28
1
oxu.az

2Mənbələr