İran məşhur meajlaşma proqramı “WhatsApp” və “Google Play”ə qoyulan qadağaları aradan qaldırıb.
APA xəbər verir ki, qərar İran Kiberməkan Şurasının təşkil etdiyi iclasdan sonra açıqlanıb.
Çərşənbə axşamı günü bir araya gələn hökumət və digər qurumların rəsmiləri internet siyasətləri ilə bağlı yeni tənzimləmələr etmək qərarına gəliblər.
“WhatsApp” və “Google Play”ə qoyulan qadağalar aradan qaldırılarkən, İran hakimiyyəti yerli sosial media proqramlarının istehsalının vacibliyindən danışıb.
İranın İnformasiya və Kommunikasiya Texnologiyaları Naziri Səttar Haşimi “X” hesabında də verdiyi açıqlamada: "İnternetə qoyulan qadağaların aradan qaldırılması istiqamətində ilk addımı atdıq. Bu yola davam edəcəyik" deyib.