AZ

60 tona yaxın narkotik müsadirə edildi

Paraqvayda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı 57 ton marixuana müsadirə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkə prezidenti Santyaqo Pena "X" sosial şəbəkəsindəki səhifəsində bildirib

“Biz "Maranqatu" əməliyyatı ilə mütəşəkkil cinayətkarlığa güclü zərbə vura bildik”, - o qeyd edib.

Pena bildirib ki, narkotik alverçiləri marixuananı Braziliyaya göndərməyi planlaşdırıblar. Onun sözlərinə görə, bu, müsadirə edilən ən böyük narkotik daşımalarıdır.

Pena əlavə edib ki, əməliyyat nəticəsində 4 nəfər saxlanılıb.

Seçilən
35
operativmm.az

1Mənbələr