24 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin 100 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Birjanın yaydığı məlumata görə, istirazlara 9 investor tərəfindən 9 sifariş təqdim olunub. İstiqrazlar tam həcmdə yerləşdirilib.
İstiqrazlar üzrə məlumatlar aşağıdakı kimidir:
Emitentin adı: "Azərbaycan Beynəlxalq Bankı" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2002004581
İstiqrazların növü və forması: İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi / Rəqabətli
İstiqrazların sayı: 1 000 000 (ədəd)
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi: 100 000000 manat
İllik gəlirlilik faizi: 11%
Minimal qiymət: 100 (11.00%) manat
Maksimal qiymət: 100 (11.00%) manat
Kəsmə qiyməti: 100 (11.00%) manat
Ortaçəkili qiyməti: 100 (11.00%) manat
İstiqrazların reallaşdırılmış həcmi: 100 000 000 manat
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 100 000 000 manat
İnvestor sayı: 9
Sifariş sayı: 9
Ödəmə Periodu: ildə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə) hər 3 (üç) təqvim ayından bir
Tədavül müddəti: 24 ay
Anderrayter: “ABB-İnvest İ.Ş” QSC