AZ

Övladlarımızın yaşında tərk etdiyimiz Cəbrayıla övladlarımızla birlikdə qayıdırıq - Şamil Hüseynli

Bakı. Trend:

Övladlarımızın yaşında olarkən məcburi şəkildə tərk etdiyimizCəbrayıla indi övladlarımızla birlikdə qayıdırıq.

Bunu Trend-əaçıqlamasında Cəbrayıl sakini Şamil Hüseynli deyib.

Onun sözlərinə görə, şükürlər olsun ki, biz də öz doğmael-obamıza, yurdumuza qayıdırıq.

"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığıversin, bu günləri bizə yaşatdıqları üçün onlara minnətdarıq.Cəbrayılda öz arzularımızı gerçəkləşdirə bilməmişik. İnşallahövladlarımız üçün o arzuları reallaşdırarıq. Övladlarımız doğmayurdda təhsil alıb, orada böyüsünlər və gələcək planlarını oradaqursunlar", - deyə o bildirib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30minə yaxın insan yaşayır.

Seçilən
10
2
az.trend.az

3Mənbələr