AZ

Keçmiş məcburi köçkün: Cəbrayıla qayıtmaq bu gün qismət oldu

Cəbrayılı xəyallarımda çox gözəl təsəvvür edirəm. Yurduma qayıtmaq bu gün qismət oldu.

Bu sözləri Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Afət Əhmədova deyib.

“Bir zamanlar Cəbrayıl üçün çox darıxırdım. İndi arzularım da çoxaldı. Yurduma övladlarımla qayıdıram. İnşallah orada böyüyəcəklər. Onlar Cəbrayıl barədə çox məlumatlıdırlar. Uşaqlarıma Cəbrayıl barədə çox danışmışam. Ən böyük arzuları orda böyüməkdir. Biri həkim, digəri polis olacaq. Vətənim üçün 3 əsgər böyüdürəm.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”, - o qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün yola salınıb. Cəbrayıla 49 ailə (253 nəfər) köçürülüb. Beləliklə, şəhərə köçürülən ailələrin ümumi sayı 287-yə ( 1 169 nəfər) çatıb.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Mənbə: report.az

Seçilən
28
1
report.az

2Mənbələr