AZ

Ölümdən qorxmaq olmaz, çünki ölümün çarəsi var - Sokrat

Ölümdən qorxmaq olmaz, çünki ölümün çarəsi var - Sokrat

Əxlaq filosofu Sokrat 51 nəfərdən ibarət münsiflər heyətinin qarşısında mühakimə edilir və edam qərarı çıxarılır.
Qlobal.net  bildirir ki, cəzanın icrası zəhərli bitki ilə həyata keçiriləcəkdi.

Sokratın sevənləri ona xəbər göndərirlər: "Səni həbsxanadan qaçıraq"
Sokrat isə cavab verir: "Bu əxlaqsızlıqdır". Təklifi qəbul etmir.

"Uydurma sözlərlə münsifləri razı sal, səni əfv edə bilərlər," - deyilsə də, əxlaq filosofu bunu da qəbul etməkdən imtina edir və öz inadında qalır.
Tarixə düşən müdafiəsində edam qərarını verən münsiflər heyətinə belə deyir: "Ölümdən qorxmaq olmaz, çünki ölümün çarəsi var. Ölərsən, qurtularsan.
Amma yanlış etməyin çarəsi yoxdur. Sizin etdiyiniz yanlış, qiyamətə qədər sizinlə birlikdə olacaq".

Bugün 2500 il keçməsinə baxmayaraq, Sokratın adını bilməyən yoxdur. Bəs onu mühakimə edən münsiflər heyətinin adını bilən varmı? Xeyr!

"Bu həyatı elə yaşa ki, sonunda özünü alqışlaya biləsən..."
Sokrat...

Qeyd edək ki, Sokratı edama məhkum edənlər Melitos və Anitos idi. Amma tarix Sokratı yazdı.

Fidan
Qlobal.net

Seçilən
12
qlobal.net

1Mənbələr