AZ

Bu gün bəzi adamlar diqqətli olmalıdır- XƏBƏRDARLIQ

Dekabrın 25-də Yer kürəsində G1-G2 sinfinə aid maqnit qasırğaları gözlənilir.
Bu barədə Rusiyanın ”Fobos” Hava Mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus sosial şəbəkədə məlumat verib.

Bu təbiət hadisəsinin səbəbi bir gün əvvəl baş verən günəş alışmasıdır.
Mütəxəssisin sözlərinə görə, bazar ertəsi səhər Günəşdə orta dərəcəli məşəl qeydə alınıb. Eyni zamanda, intensivliyi ilə maksimum X sinifinin sərhədinə çox yaxınlaşıb. Sinoptik əlavə edib ki, maqnit qasırğasının ilkin müddəti təxminən 10 saat qiymətləndirilir.

Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 50-dən yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı, eləcə də yuxusuzluq halları baş verə bilər.

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.

Məsələ ilə bağlı News
365.az-a  danışan həkim Rasif Bağırov həmin günlərdə bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir: 

“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur və belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.

Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.

Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.

News365.az

Seçilən
16
news365.az

1Mənbələr