Avtomobil nəhəngləri Ford və General Motors Trampın andiçmə mərasimi üçün avtomobillərlə birlikdə hər biri 1 milyon dollar bağışlayacaq...
Poliqon Reuters-ə istinadən xəbər verir ki, Amerika avtomobil istehsalçıları Ford Motor və General Motors ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiyası üçün avtomobillərlə birlikdə hər biri 1 milyon dollar bağışlayacaqlar.
Xatırladaq ki, Respublikaçı Tramp Meksika və Kanadadan idxal olunan mallara tariflər tətbiq etməyi, həmçinin Ford-a fayda verən elektrik avtomobilləri üçün vergi güzəştlərinin ləğvini təklif edib.
Poliqon.info