Ermənistanın baş naziri Nikol Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək.
Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, baş nazir bunu koronavirusa yoluxması ilə izah edib. Onun Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirakı ilə bağlı hələlik qərar yoxdur.
Koronavirus testinin nəticəsi müsbət olduğu üçün Ermənistanın baş naziri iki gün iqamətgahında təcrid olunmuş vəziyyətdə işləyib. Sonuncu testin nəticəsi isə mənvi olub. Lakin Sankt-Peterburqa getməyəcək.
Bu gün səhər Paşinyan sosial şəbəkədə yazıb:
“Mən həmkarlarımla məsləhətləşdikdən sonra bu gün Sankt-Peterburqda keçiriləcək MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm. Günün sonuna qədər Aİİ-nin Ali İqtisadi Şurasının sabahkı iclasında iştirak edib etməyəcəyim bəlli olacaq.”
Dekabrın 25-də MDB-nin qeyri-rəsmi sammiti, dekabrın 26-da isə Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək.
MDB ölkələri liderlərinin görüşü ənənəvi olaraq hər il dekabrın sonunda Sankt-Peterburqda keçirilir. Bu dəfə qeyri-rəsmi sammit Leninqrad vilayətində, Sankt-Peterburq yaxınlığındakı İqora dağ-xizək kurort kompleksində baş tutacaq.