AZ

Bakıda nə planlaşdırılır? – Gərginlik artır: Savaşa onlar göndərilir 

Qərblə Azərbaycan arasında yaşanan gərginlik artan xətt üzrə inkişaf edir. Buna səbəb Aİ və ABŞ-ın ölkəmizə qarşı qərəzli münasibətidir. Artıq Birləşmiş Ştatlar informasiya müharibəsini səfirlik vasitə ilə edir. ABŞ-ın Bakıdakı səfirliyi özünün sosial media hesabından hakimiyyətə tikanlı mesajlar ötürür.
 
Sonuncu belə paylaşım iki gün öncə olub. Bundan bir neçə gün əvvəl isə Fransanın Bakıdakı səfiri Prezident İlham Əliyevin Makrona yönəlik tənqidinə öz sosial şəbəkə hesabında “cavab” vermişdi.
 
Referans.az xəbər verir ki, Moderator.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, Qərbin yürütdüyü siyasətin tərkib hissələrindən biri də ayrı-ayrı dövlətlərin daxili siyasətinə qarışmaqdır:
 
“Bu yolla həmin dövlətlərin daxili və xarici siyasətlərinə təsir göstərmək istəyirlər. Hansı ölkə bu məsələdə mövqe ortaya qoyur, oyunlarına alət olmursa, ona qarşı səfərbər olunaraq dezinformasiyalar, əsassız ittihamlar, insan hüquq və azadlıqları, demokratiya mövzularına hücumlar təşkil edirlər. Onlar üçün əlçatan vasitə kimi səfirliklərdən istifadə edirlər.
 
Səfirlik dövlətin mövqeyini təmsil edir. Azərbaycan ərazisində olan istənilən ölkənin səfirliyi, həmin dövlətin özünün mövcudluğunu, ölkənin Azərbaycana münasibətini təmsil edir. Səfirliyin rəsmi şəxslərinin səsləndirdiyi fikirlər, atdığı addımlar dövlət tərəfindən təkzib olunmursa, deməli, bu, həmin ölkənin mövqeyidir. Məsələn, Fransa səfiri Azərbaycanın daxili işlərinə qarışmaq mahiyyəti daşıyan fikirlər səsləndirdiyi zaman Fransa rəsmiləri bunu təkzib etmirsə, demək, elə öz dövlət maraqlarına uyğun olaraq proses baş tutub”.
 
Politoloqun sözlərinə görə, tarixdə Azərbaycana qarşı belə yanaşmalar hər zaman olub:
 
“Ermənistanda ayrı-ayrı ölkə səfirlikləri belə bəzi hallarda Azərbaycanı hədəf seçib fikirlər səsləndiriblər. Azərbaycan hər zaman belə addımlara lazımi cavabını verib.
 
Fransa və ABŞ səfirlərinin səsləndirdiyi bu qəbildən fikirlər Azərbaycanın həmin ölkələrlə münasibətlərinə xələl gətirir. Bunu elə həmin ölkələrin səlahiyyətli şəxsləri də düşünüb uyğun addım atmalıdır. Burada itirən rəsmi Bakı olmayacaq. Adı çəkilən ölkələrin Azərbaycanla münasibətlərə maraqları var. O halda uyğun yanaşma nümayiş etdirilməlidir”.
Seçilən
10
moderator.az

1Mənbələr