AZ

"ABŞ-nin süqutu qaçılmazdır"- Amerikalı diplomatdan xəbərdarlıq

ABŞ-nin süqutu qaçılmazdır.

Teleqraf.com xəbər verir ki, bunu keçmiş amerikalı diplomat Cim Catras deyib.

Onun sözlərinə görə, ABŞ-nin süqutu nə qədər geciksə, bunun nəticələri dünya üçün bir o qədər ağır olacaq.

Sovet İttifaqının möcüzəvi şəkildə dağıldığını xatırladan Catras həmin vaxt heç kimin belə bir ssenari gözləmədiyini diqqətə çatdırıb.

Diplomat ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı müəyyən mənada keçmiş SSRİ lideri Mixayıl Qorbaçova da bənzədib.

“O, xarizması və sistemi sarsıtmaq cəhdləri ilə Amerikanı xilas edə biləcəyinə inanır. Lakin bu, yalnız sabitliyin daha da pozulmasına gətirib çıxaracaq”, - deyə Catras qeyd edib.

Xatırladaq ki, diplomat daha əvvəlki açıqlamalarında Trampın dövründə ABŞ və Rusiya arasındakı münasibətlərin yaxşılığa doğru dəyişmə ehtimalının az olduğu olduğunu bildirib.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
16
teleqraf.com

1Mənbələr