AZ

Türkiyənin nəqliyyat naziri “Zəngəzur dəhlizi”ndən danışdı - "Yaxın aylarda işlərə başlanacaq"

“Zəngəzur dəhlizi” alternativ marşrutu təmin edəcək. 

Missiya.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu deyib. 

“Hazırkı Bakı-Tbilisi-Qars dəmir yolu müəyyən gücə malikdir. Bakı-Tbilisi-Qars xətti həm də Gürcüstan üzərindən Qara dəniz limanlarına əlaqəni təmin edən bir xəttdir. Lakin yük birbaşa gedə bilər. Qarsdan başlayıb İğdır-Dilucaya, oradan da Naxçıvana gedən bir xətt var. Bu, Ermənistandan keçməklə 43 kilometr, İrandan keçməklə isə 61 kilometr təşkil edir. Daha sonra xətt Azərbaycandan Xəzər dənizi vasitəsilə Uzaq Şərqə keçir. Yaxın aylarda bu layihə üzərində işlərə başlanacaq. Naxçıvanda mövcud dəmir yolu xətti var, təmir olunacaq. Bu xətt alternativ marşrut yaratmaqla əlavə ötürməni təmin edəcək”, - deyə Uraloğlu bildirib. 

ElcanMissiya.Az

Seçilən
5
missiya.az

1Mənbələr