AZ

Cinayətdə şübhəli bilinən 23 nəfər saxlanıldı

Dekabrın 24-də ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 140, o cümlədən borclu şəxs qismində axtarışda olan 117 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  

Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Seçilən
4
50
unikal.az

10Mənbələr