Ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.
“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin dekabrın 25-i saat 9:00-a olan məlumatına əsasən Naxçıvan, Şəmkir, Qobustan, Quba, Xaltan, Mingəçevir, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Tərtər, Sumqayıt, Biləsuvarda duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.