AZ

Kişi və qadını şantaj edən şəxsin istəyi reallaşmadı

Ali Məhkəmədə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Qalib Nəcəfovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, Qalib Nəcəfov bir qadın və bir kişini şantaj etməkdə təqsirli bilinir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Məhkum apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə vəsatət verərək həmin hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş edib. Lakin vəsatət təmin olunmayıb. Həmin qərardan narazı qalan Qalib Nəcəfov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin şikayəti təmin etməyib. Sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib

Seçilən
3
1
tribunainfo.az

2Mənbələr