"Qalatasaray" mövsümü başa vuran və əməliyyat olunan Mauro İkardinin yoxluğunda qoşa mərkəz hücumçusu oynamağa davam etmək planı ilə gündəmə gəlib.
Redaktor.az xəbər verir ki, PSJ-nin 2023-cü ilin yayında 95 milyon avroluq transfer haqqı ilə Frankfurtdan heyətinə qatdığı Kolo Muaninin Osimhenə ortaq olaraq transfer edilməsi planlaşdırılır. "Qalatasaray"ın fransız hücumçunu icarəyə götürmək təklifinə PSJ də müsbət cavab verib.
"Sarı-qırmızılar" 26 yaşlı futbolçunu mövsümün sonuna qədər icarəyə götürməyə hazırlaşır. Futbolçu ilə danışıqlar da müsbət gedir.
Nant forması ilə ulduzu parlayan 1.87 boyunda Kolo Muaninin Frankfurta pulsuz getdiyi və cəmi 1 mövsüm sonra PSJ ilə rekord məbləğdə müqavilə bağlayıb. Öz adını ilk dəfə bütün dünyaya tanıtdığı gün isə 2022 dünya çempionatının final oyunu olub.
Argentinanın çempion olduğu matçda əvəzedici heyətlə meydana çıxan Muani 120+3-də 100 faizlik qol mövqeyində topu qapıçı Martinezə yönəltməklə Fransanın kubok xəyallarını puç edib. Buna baxmayaraq, ulduz futbolçu tez sağalıb və PSJ-yə qədər uzanan yüksəliş göstərib.
Lakin Muaninin PSJ macərası onun təsəvvür etdiyi kimi getməyib. Fransa nəhəngi ilə ümumilikdə 54 matça çıxan Kolo Muani 11 qol vurub, 7 məhsuldar ötürmə edib.
"Qalatasaray"da yenidən yüksəlmək istəyən ulduz futbolçunun müqaviləsində satış opsiyasının olub-olmayacağı bəlli deyil.
Kolo Muani "Qalatasaray"ın fasilədə PSJ-dən heyətinə qatmağa çalışdığı yeganə oyunçu deyil. “Sarı-qırmızılar” bir müddətdir ki, Fransa klubunun müdafiəçisi Milan Şkrinyar üçün bazarda idi.
29 yaşlı slovak müdafiəçini satın alma opsiyonu ilə icarəyə götürmək istəyən "Qalatasaray"ın danışıqların son mərhələsinə çatdığı bildirilir. Əməliyyat planlaşdırıldığı kimi getsə, "Qalatasaray" yanvarda PSJ-dən mərkəz hücumçusu və müdafiəçi icarəyə götürəcək.
Sevinc İBRAHİMZADƏ