Çinin “Şanxay Port” komandasından ayrılan braziliyalı futbolçu Oskar karyerasını ölkəsində davam etdirəcək.
Msport.az xəbər verir ki, yarımmüdafiəçi 14 ildən sonra “San-Paulu”ya qayıdıb.
Oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Oskar komandada ən çox maaş alan 3 futbolçudan biri olacaq. O, yenidən doğma klubuna döndüyü üçün xoşbəxt olduğunu bildirib. Təcrübəli hücumçu 2008-2010-cu illərdə “San-Paulu”da çıxış edib.
Qeyd edək ki, Oskar 7 illik Çin karyerasından sonraya Braziliyaya dönüb. O, “Şanxay Port”un heyətində 179 oyunda 58 dəfə fərqlənib.