Bakı. Trend:
Bu illər ərzində fond tərəfindən kapital bazarlarına təqribən 3milyard manata yaxın vəsait daxil olub.
Trend xəbərverir ki, bunu İpoteka və Kredit Zəmanəti Fondunun İdarə Heyətisədrinin müşaviri İlham Kələşov deyib.
"Azərbaycanda kapital bazarlarının inkişafına İpoteka və KreditZəmanət Fondunun (İKZF) töhfəsi əvəzsizdir.
Bu illər ərzində fond tərəfindən kapital bazarlarına təqribən 3milyard manata yaxın vəsait daxil olub. Fondun hazırkı dövrə olanistiqrazlarının həcmi 2 milyard manatdan artıqdır.
Fondun əsas nizamnamə kapitalı dövlət büdcəsindən formalaşır.Artıq bizim nizamnamə kapitalımız 1,78 milyard manata yaxındır.Fond yüksək kapitallaşma səviyyəsinə malikdir. Kapitalın aktivlərənisbəti 33,4% təşkil edir", - deyə o bildirib.