AZ

Azərbaycanda elektron satınalmaların həcmi artıb

Bakı. Trend:

Ölkədə dövlət satınalmaları sisteminin məxfi satınalmalaristisna olmaqla elektronlaşdırılması nəticəsində cari ilinyanvar-noyabr aylarında rəqabətlilik və hesabatlılığın artırılmasıistiqamətində müsbət nəticələr əldə olunub. Hesabat dövrü ərzindəelektron satınalmaların həcmi 3 511,2 mln. manat təşkil edib. Ötənilin müvafiq dövrü (1 267,3 mln. manat) ilə müqayisədə 3 dəfəyədəkartım qeydə alınıb.

Trend xəbərverir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətiməlumat yayıb.

Bildirilib ki, cari il ərzində elektron satınalmalarda qənaətedilən dövlət vəsaitlərinin məbləği 559,7 mln. manat təşkil edib.Bu nəticələr dövlət vəsaitlərindən səmərəli istifadə ilə izafixərclərə yol verilməməsi və maliyyə intizamının gücləndirilməsihesabına əldə olunub.

Dövlət satınalmalarında nəzarət tədbirlərinin gücləndirilməsi,əlçatanlığın təmin edilməsi və bürokratik əngəllərin aradanqaldırılması ilə bazar subyektlərinin iştirak səviyyəsininyüksəlməsinə nail olunub. Belə ki, 2024-cü ilin yanvar-noyabraylarında dövlət satınalmalarında yekunlaşmış müsabiqələr üzrə ortaiştirakçı sayı 6,5 təşkil edib.

Dövlət Xidməti müsabiqə və aşkarlıq əsasında bütün sahibkarlarınbərabər şərtlərlə dövlət satınalmalarında iştirakını hədəfləyəntənzimləyici tədbirlərini cari il ərzində də davam etdirib.Satınalan təşkilatlar tərəfindən müxtəlif maneələrin yaradılmasıilə əlaqədar Dövlət Xidmətinə daxil olan 1270 müraciətəbaxılıb.

Hesabat dövründə keçirilmiş müsabiqələrin nəticələri barədə 13477 yekun protokol təhlil olunub. Nəticədə, müsabiqə zamanıqanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1790yekun protokol (13,3%) Dövlət Xidməti tərəfindən ləğv edilib.

Qeyd edilib ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrəKomissiya Azərbaycan Respublikasında biznes mühitininəlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizinmövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərhaqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyultarixli 2199 nömrəli Sərəncamı ilə yaradılıb. Komissiyanın Əmtəəbazarının səmərəliliyi və rəqabət İşçi qrupuna rəhbərliyiİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak BazarınaNəzarət Dövlət Xidməti həyata keçirir.

Seçilən
0
13
az.trend.az

10Mənbələr