Protokolda əsaslandırılarsa və sənədləşdirilərsə qeydiyyat sənədlərində cari stabilliyin öyrənilməsi proqramı ilkin uzunmüddətli stabillik araşdırmalarından fərqli ola bilər.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Seriyaların miqdarı və sınaqların tezliyi tendensiyanın analizi üçün kifayət edəcək məlumatları təmin etməlidir. Əgər digər şəkildə əsaslandırılmayıbsa, istehsal olunan məhsulun hər bir dozası və qablaşdırma formasından ildə ən azı bir seriya stabilliyin öyrənilməsi proqramına cəlb edilməlidir (il ərzində məhsulun heç bir seriyasının istehsal edilmədiyi hallar istisna).