Rusiyada xarici ölkələrdən gələn zənglər qadağan edilə bilər.
Azpost TASS-a istinadən bildirir ki, bu barədə “Roskomnadzor”un açıqlamasında deyilir.
Məlumata görə, Rusiya saxtakarlıqla mübarizə tədbiri kimi xarici ölkələrdən zənglərə qanunvericilik qadağası tətbiq edə bilər. Eyni tələblər mesencer xidmətinə də tətbiq oluna bilər.
Məcburi tədbir kimi mesaj xidmətində səs trafikinin bloklanacaq.
Telekommunikasiya operatorları artıq standart olaraq xaricdən gələn zəngləri bloklaya bilərlər.