AZ

Yeni il gecəsi 12 üzüm yemək ƏNƏNƏSİ

Dünyada milyonlarla insana ümid bəxş edən ortaq inanca görə sevgini, pulu, dincliyi və sağlamlığını həyatına çəkmək istəyən fərdlər Yeni il gecəsi süfrənin altında 12 ədəd üzüm yeməlidir. Yeni il gecəsi süfrə altında 12 üzüm yemək bəziləri tərəfindən xurafat hesab edilsə də, milyonlarla insan bu ritual sayəsində arzularına çata biləcəklərini düşünür.

Medianews.az “NTV”ə istinadən xəbər verir ki, bu ritualın 1880-ci illərdə ispan və fransızlar tərəfindən ortaya çıxdığı təxmin edilir.

Bu gün Barselona, ​​Madrid və Bilbao kimi böyük şəhərlərdə insanlar bir araya gələrək süfrənin altında 12 üzüm yeyir.

Qeyri-adi ritualda hər biri bir ayı simvolizə edən 12 üzüm gecə yarısı yeyilir. Hər üzüm o aya arzu etmək və ya niyyət etmək imkanı verir. Uğur və bolluğa zəmanət vermək üçün masanın altında oturarkən 12 üzüm yemək lazımdır. Bəzi TikTok istifadəçiləri bu addımın ritualın tərkib hissəsi olduğunu iddia etsə də, bunun məcburi olmadığını deyənlər də var.

Son zamanlar müxtəlif sosial media platformaları sayəsində diqqət çəkən bu ənənə həm də sevgi axtaran insanların ilham mənbəyinə çevrilib. Bəzi inanclara görə, bu ritual təkcə arzularınızı yerinə yetirmir, həm də ətrafınızdakı pis enerjiləri və mənfi ruhları uzaqlaşdırır.

Seçilən
5
medianews.az

1Mənbələr