AZ

Mask Konqresi Milad tətilinə daha gec getməyə məcbur etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-li biznesmen və Trampın andiçməsindən sonra Ağ Evin yeni qurumun rəhbəri olacaq İlon Mask sosial mediada fəaliyyəti ilə Vaşinqtonun siyasi həyatının ənənəvi düzənini alt-üst edib. Onun məsələlərin həllində qətiyyəti Milad ərəfəsində Konqresi Birləşmiş Ştatların büdcə layihəsinə yenidən baxmağa məcbur edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Politico" jurnalı məlumat yayıb.
Bildirilib ki, ənənəvi olaraq ABŞ Konqresi dekabr ayının 20-ci günlərində Milad tətillərinə çıxır, lakin bu il qanunvericilər İlon Maskın "X" fəaliyyəti səbəbindən gecikmək məcburiyyətində qalıblar. O, sosial şəbəkədəki postları ilə ölkənin büdcə layihəsi ətrafında qızğın müzakirələrə səbəb olub. Vəziyyət o qədər gərginləşib ki, respublikaçılar hökumətin maliyyələşdirilməsi üçün yeni paketi tələsik hazırlamaq məcburiyyətində qalıblar, bu isə partiya daxilində narazılıq dalğası yaradıb. Eyni zamanda, demokratlar yaranmış vəziyyətdən məmnunluqlarını gizlətmir və qələbələrini elan edirlər.
"Nümayəndələr Palatasındakı respublikaçılar hökumətin maliyyələşdirilməsi üçün tələsik hazırlanmış paketi irəli sürdükdən sonra xaos vəziyyətindədirlər. Spiker Mayk Consona qarşı məyusluq qaynayır, respublikaçılar arasında iyrənc daxili çəkişmələr ictimaiyyətə yayılır və demokratlar qələbə qazandıqlarını bəyan edirlər", - deyə nəşr yazıb.
Qeyd edək ki, bir çox ekspertlər Maskı ABŞ-nin "kölgə prezidenti" hesab edirlər. Ancaq ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp bu məlumatları "yeni mistifikasiya" adlandırıb və bildirib ki, ölkə qanunlarına görə, Mask, ümumiyyətlə, heç bir zaman ABŞ-nin prezidenti ola bilməz.
Seçilən
0
oxu.az

1Mənbələr