Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) 2025-ci il üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahanların vaxtını açıqlayıb.
Bu barədə Apress.az-a DİM-dən məlumat verilib.
Bildirlib ki, magistratura səviyyəsinə qəbul imtahanının (I cəhd) 2025-ci il fevral ayında keçirilməsi nəzərdə tutulur.
Bundan öncə isə – 2025-ci il 19 yanvar tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək. Sınaq imtahanları Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında magistraturaya sınaq imtahanları təşkil olunacaq.
Sınaq imtahanında iştirak etmək istəyənlər 2024-cü il 25 dekabr saat 10:00-dan 2025-ci il 6 yanvar saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.