Bu ilin 11 ayında elektron satınalmaların həcmi 3 milyard 511,2 milyon manat təşkil edib.
Teleqraf.com İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü (1 milayrd 267,3 milyon manat) ilə müqayisədə 3 dəfə çoxdur.
Bu il elektron satınalmalarda qənaət edilən dövlət vəsaitlərinin məbləği 559,7 milyon manat təşkil edib.
Dövlət satınalmalarında bazar subyektlərinin iştirak səviyyəsi də yüksəlib. Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında dövlət satınalmalarında yekunlaşmış müsabiqələr üzrə orta iştirakçı sayı 6,5 təşkil edib.
Müəllif: Teleqraf.com