Rusiya səhər saatlarından etibarən Ukraynanın bir neçə regionunu “Kalibr” raketləri və “Shahed” pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alıb.
APA-nın məlumatına görə, bu barədə “unian” ölkənin Hərbi Hava Qüvvələrinə istinadən xəbər yayıb.
Bildirilib ki, əsasən Xarkov, İvano-Frankosvk, Çernovtsı, Çerniqov, Vinnitsa, Xmelnitsk, Kremençuq, Krivoy Roq, Poltava və Kirovoqraq istiqamətlləri zərbələrin təsirinə məruz qalıb.
Eyni zamanda raket zərbələri Kamenskoye şəhərində sığınacağı da hədəfə alıb.
Hələlik silsilə xarakterli hadisələrin təfərrüatları açıqlanmayıb. Silsilə hadisələrdən sonra yuxarıda göstərilən ərazilərə elektrik enerjisi və təbii qazın verilişi dayandırılıb.
10:29
Rusiyanın səhər saatlarında Xarkova raket zərbəsi nəticəsində ikisi ağır olmaqla, 6 nəfər xəsarət alıb.
APA “unian”a istinadən xəbərinə görə, bu barədə vilayətin Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
O əsasən Saltovsk, Kiyevsk və Nemışlyansk rayonlarının hədəfə alındığını söyləyib.