AZ

Əmlak və həyat sığortası üzrə bağlanmış müqavilələrin sayı açıqlandı

Son üç il ərzində əmlak və həyat sığortası üzrə bağlanmış müqavilələrin sayı məlum olub.

FED.az xəbər verir ki ,bu barədə İpoteka və Kredit Zəmanəti Fondunun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev məlumat verib.

"Son üç il üzrə bağlanmış sığorta müqavilələrinə nəzər yetirsək, 40661 əmlak sığortası bağlanıb. Həyat sığortası üzrə bu göstərici isə 17750-yə bərabərdir.

Son üç ildə İKZF vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə ümumilikdə 16,4 min əmlak qiymətləndiricilər tərəfindən qiymətləndirilib", - o qeyd edib. (Trend)

Seçilən
8
1
fed.az

3Mənbələr