AZ

Süni intellekt sürətini artırır

Süni intellekti insanlardan ayırmaq üçün “Captcha” testindən istifadə edilir. Lakin o əvvəlki kimi effektli deyil. Fakt budur ki, müasir süni intellekt alqoritmləri klassik tapmacaları real internet istifadəçilərindən daha sürətli həll edir.

Kompüter görmə texnologiyalarından istifadə edən süni intellekt botları şəkillərdəki təhrif olunmuş mətni və ya obyektləri asanlıqla tanıya bilirlər. Məsələn, “Google Vision” və “OpenAI Clip” bu cür problemləri saniyənin bir hissəsində həll edir, halbuki bunun üçün insana daha çox vaxt lazım olur.

“The Conversation”a görə, süni intellekt botları tezliklə ənənəvi təhlükəsizlik mexanizmlərinə əsaslanan daha çox xidmətləri təhdid edəcək. Bununla belə, tərtibatçılar hələ də köhnəlmiş “Captcha”nı əvəz edə biləcək universal həll təklif etməyiblər.

Son vaxtlar süni intellekt sahəsində bir çox mühüm yeniliklər var: dekabrın əvvəlində “Google” özünün ən təkmil süni intellekt modeli olan “Gemini 2.0” və super mürəkkəb sorğular üçün alətini təqdim edib. Həm daha ucuz, həm də daha sürətli olan “Gemini 2.0” daxili vizual, audio və mətn dəstəyinə sahibdir. Səsin təkrar istehsalı onun ən əsas xüsusiyyətlərindən biridir.

Əslində, bu xüsusiyyətin “ChatGPT”nin inkişaf etmiş səs rejiminə bənzədiyini deyə bilərik. Artıq “Gemini”ni sürətli və ya yavaş, habelə müxtəlif aksentlərdə danışdırmaq mümkündür. Yeni model daha mürəkkəb suallara cavab verir, bu da axtarış təcrübəsini növbəti səviyyəyə qaldırır.

PÜNHAN
XQ

Seçilən
28
xalqqazeti.az

1Mənbələr