AZ

"Məktəblilərin və uşaqların “TikTok”a girişi məhdudlaşdırılsın" - TƏKLİF

Son dövrlərdə sosial media, xüsusən “TikTok”, həm böyüklər, həm də şagirdlər arasında böyük populyarlıq qazanıb. Lakin təəssüflə qeyd etməliyik ki, bu platforma bəzən milli-mənəvi dəyərlərə zidd davranışların yayılmasına səbəb olur. Bununla belə, xüsusi diqqət tələb edən digər bir məsələ şagirdlərimizin bu platformalardan mütəmadi olaraq zərər görməsidir.

 

Bəs bu barədə hansı addımlar atılmalıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Daxili İşlər Nazirliyinin bu məsələdə qanunauyğun addımlar atması təqdirəlayiqdir.

 

Onun sözlərinə görə, “TikTok” və digər sosial media platformaları təhsil və tərbiyəyə mənfi təsir edir, şagirdlərimizin vaxtını və enerjisini məhv edir.

 

Ekspert təklif edib ki, məktəblərdə sosial media istifadəsi ilə bağlı tənzimləyici qaydalar hazırlanmalıdır:

 

“Bundan əlavə, şagirdlərə rəqəmsal savadlılıq tədris edilməsi və zərərli məzmunların təsirlərindən qorunmaq üçün maarifləndirmə işlərinin gücləndirilməsi vacibdir. Həmçinin “TikTok” kimi platformaların məktəb yaşlı uşaqlar üçün məhdudlaşdırılması ilə bağlı konkret addımların atılması zəruridir”.

 

K.Əsədov sonda vurğulayıb ki, gələcəyimiz olan gənc nəslimizi qorumaq hər birimizin borcudur.

 

Firuzə Əliyeva
 

Seçilən
14
sfera.az

1Mənbələr