Rusiya Ukraynanın ən böyük şəhərlərindən biri olan Xarkova ballistik raketlə hücum edib.
Publika.az xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov açıqlama verib.
"Xarkov böyük raket hücumu altındadır. Bir sıra partlayış səsləri eşidilib və hələ də şəhərə doğru irəliləyən ballistik raketlər var", - deyə o bildirib.
Terexov indiyədək 7 hücumun baş verdiyini və itkilərin hələ də qiymətləndirildiyini vurğulayıb.
Ukraynanın energetika naziri Herman Haluşenko isə “Rusiya enerji obyektlərimizə intensiv hücum həyata keçirir” deyib.