AZ

İstanbul bələdiyyəsi kompüter ləvazimatları satın alacaq

Bakı, TurkicWorld

İranda uzun müddət qadağan olunmuş WhatsApp və Google Play platformaları artıq istifadəçilər üçün əlçatan olub.

TurkicWorld xəbər verir ki, 2022-ci ildə Məhsa Eminin polis nəzarətində ölməsindən sonra ölkədə genişlənən sosial media qadağaları tədricən aradan qaldırılır.

İranın rabitə və informasiya texnologiyaları naziri Səttar Haşimi İRNA agentliyinə açıqlamasında, Sosial Media Ali Şurasının bugünkü iclasını məhsuldar qiymətləndirib.

İranda sosial media platformalarına qadağalar ilk dəfə hökumət əleyhinə etirazların qarşısını almaq məqsədilə tətbiq edilib. 2022-ci ilin sentyabrında Məhsa Eminin ölümü ilə başlayan genişmiqyaslı nümayişlərdən sonra WhatsApp, Instagram, Telegram və Google Play kimi platformalara çıxış tamamilə məhdudlaşdırılıb. Bu addım yerli və beynəlxalq ictimaiyyət tərəfindən ciddi tənqid edilib.

Xüsusilə Google Play-ə qoyulan qadağa, İranın texnologiya sektorunda ciddi çətinliklər yaradıb. İranlı proqram tərtibatçıları bu qərarın onların bazar payına və qlobal rəqabət imkanlarına mənfi təsir etdiyini vurğulayıb.

İran hökuməti vətəndaşları yerli mesajlaşma və sosial media tətbiqlərindən istifadə etməyə təşviq etsə də, bu proqramların təhlükəsizlik və məxfilik baxımından etibarlı olmadığına dair geniş ictimai narazılıq var.

Seçilən
20
turkic.world

1Mənbələr