AZ

Dünyanın müxtəlif yerlərində Milad bayramı necə qeyd edilir?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bildiyiniz kimi, bu gün, yəni 25 dekabr tarixində xristian aləmi yeni ilin müjdəçisi olan Milad bayramını qeyd edir. Banco.az da sizə dünyanın müxtəlif yerlərində yaşayan ayrı-ayrı xalqların bu günü necə keçirdiyini təqdim edir.

Latın dilində "doğum" mənasını verən "Natalis" sözündən yaranan "Milad" İsa Peyğəmbərin anadan olduğu günə verilən addır. Dünya xristianları hər il dekabr ayının 25-də bu günü təntənəli bayram kimi qeyd edirlər. Milad bayramı əhalisinin əksəriyyətini xristianların təşkil etdiyi bir çox ölkədə qeyri-iş günü hesab edilir. Bununal belə, xristian əhalinin çoxluq təşkil etmədiyi Hindistan və Malayziya kimi ölkələr də bu günü rəsmi bayram günü kimi qeyd edirlər.

Milad bayramını qeyd edən xarici ölkələrdə bayram hazırlığı bir neçə ay əvvəldən başlayır və böyük şövq və təntənə ilə həyata keçirilir. Bu ərəfədə evlərdə və müxtəlif ictimai məkanlarda şam ağacları bəzədilir və küçələr işıqlandırılır. Milad ərəfəsi şam ağacı bəzəmək adətinin isə ilk dəfə 16-cı əsr Almaniyasında meydana gəldiyi və Avropaya buradan yayıldığı ehtimal edilir.

25 dekabr tarixi adətən bayramı qeyd edən insanların ailələri ilə birlikdə vaxt keçirməsi üçün ən gözəl fürsət hesab edilir. Bir qayda olaraq ailə üzvləri günorta vaxtı birlikdə nahar süfrəsinə əyləşir. Ənənəvi Milad süfrəsini hindtoyuğu və tərəvəz bəzəyir. Bununla belə, bayram süfrəsinə düzülən təamlar ayrı-ayrı xalqların adət-ənənəsini də özündə əks etdirir. Belə ki, Siciliyada bayram masasına 12 növ balıq qoyulur. Böyük Britaniya və onun adətlərindən təsirlənmiş ölkələrdə Milad süfrəsində hind toyuğu, qaz əti, ət suyu, kartof və tərəvəzlər olur. Süfrə üçün xüsusi desertlər də hazırlanır ki, bunlardan da başlıcası Milad pudinqi, şirin peçenyelər və meyvəli piroqlardır.

cupcake

Polşada və digər Şərqi Avropa ölkələrində, həmçinin Skandinaviya ölkələrində balıq əsas milad yeməyi olsa da, zəngin ailələr bayram süfrəsinə ət yeməkləri qoyurlar. Almaniya, Fransa və Avstriyada qaz və qaban əti sevimli Milad yeməyi sayılır. Miladda şəkər və şirniyyatların yeyilməsi bütün dünyada məşhurdur. Portağal isə şimal ölkələrində nadir tapılan meyvə olduğu üçün Milad süfrəsi ilə əlaqələndirilib və desertlər siyahısına əlavə edilmişdir.

Family

Milad bayramını qeyd edən ölkələrin əksəriyyətində dükan və mağazaların çoxu həmin günü bağlı olur. Məsələn, İngiltərədə 25 dekabrda heç bir ictimai nəqliyyat vasitəsi işləmir.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
6
banco.az

1Mənbələr