AZ

Alimlərdən xəbərdarlıq: Güclü vulkan püskürəcək, iqlim xaosu olacaq

XXI əsrdə Yer kürəsində güclü vulkan püskürməsi baş verə bilər ki, bu da iqlim xaosuna səbəb olacaq. 

Demokrat.az
xəbər verir ki, bunu CNN-ə müsahibəsində Cenevrə Universitetinin professoru Markus Stoffel deyib.

"Ancaq bu vulkanlardan hansının birinci və nə vaxt olacağını hələlik proqnozlaşdırmaq mümkün deyil", - deyə alim qeyd edib.

Stoffel xatırladıb ki, 1815-ci ildə İndoneziyadakı Tambora vulkanında güclü püskürmə baş verib, nəticədə planetdə temperatur aşağı düşüb və aclıq yaranıb. 

Alimlər indi hər yerdə baş verə biləcək oxşar püskürməni gözləyirlər.

"Bəşəriyyətin buna qarşı heç bir planı yoxdur", - deyə professor vurğulayıb.

Vulkan püskürmələri ilə iqlim dəyişikliyi arasındakı əlaqəni araşdıran Nyu York Universitetinin professoru Maykl Rampino isə bildirib ki, nəticələr 1815-ci ildə gördüyümüzdən daha pis ola bilər.

İyul ayında İspaniyanın Qranada Universitetinin bir qrup geoloqu və fizikinin ABŞ-ın Vaşinqton ştatında yerləşən Müqəddəs Helens dağının püskürmələrini proqnozlaşdıran alqoritm hazırladığı bildirilmişdi. Mütəxəssislərin fikrincə, onların inkişafı yaxın gələcəkdə praktiki sınaqdan keçirilə bilər, çünki 2024-cü ilin fevral ayından etibarən Sent Helens ərazisində seysmik aktivlik artmaqdadır.


Jalə
Demokrat.az
Seçilən
19
demokrat.az

1Mənbələr