İsrailin endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində Qəzza zolağında azı 21 nəfər ölüb, 51 nəfər yaralanıb...
Poliqon bu barədə Qəzza Səhiyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, İsrailin Fələstin anklavının şimalında yerləşən Cəbəliyyə şəhərində yaşayış binasına hücumu zamanı 6 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb. İsrail artilleriyası həmçinin Cəbəliyədəki mühasirədə olan qaçqın düşərgəsindəki Əl-Avda xəstəxanasını atəşə tutub.
İsrailin işğal altındakı İordan çayının qərb sahilində Tulkarm bölgəsinə davam edən basqında 8 nəfərin öldüyü bildirilir. Qəzza zolağının cənubundakı Xan Yunis şəhəri yaxınlığında köçkünlərin məskunlaşdığı çadıra İsrailin pilotsuz təyyarəsinin hücumu nəticəsində isə üçü uşaq olmaqla ən azı yeddi fələstinli yaralanıb.
Poliqon.info