Şimali Koreya Rusiya üçün silah istehsalını artırıb. Ulusum.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" SI Analytics-in peyk görüntülərinə istinadən yazıb.Görüntülərdə Şimali Koreyanın şərq sahillərində Hwasong-11 sinif raketlərinin istehsal olunduğu obyektdə yeni binaların sürətlə inşası əks olunub. Bu strukturlar çox güman ki, sənaye fəaliyyətini gizlətmək məqsədi daşıyır.Conflict Armament Research-in ekspedisiya əməliyyatları üzrə direktorunun sözlərinə görə, Şimali Koreya zavodları bir neçə ay ərzində yeni Hwasong raketlərinin partiyalarını istehsal edə bilər.Bundan əlavə, WSJ-nin məlumatına görə, Pxenyan Rusiyaya 170 mm-lik özüyeriyən haubitsalar və 240 mm-lik uzaqmənzilli çoxsaylı buraxılış raket sistemləri göndərib.
Eltun Məmmədov
Diqqət Çəkənlər
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
Mixail Qutseriyev və Vahid Ələkbərov İlham Əliyevi təbrik ediblər
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib