AZ

Gürcüstan vətəndaş müharibəsi ASTANASINDA: Qərb dekabrın 29-dan sonra… – FOTO

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə rəsmilərini 29 dekabradək növbədənkənar parlament seçkiləri elan edilməyəcəyi təqdirdə, “rejimin çöküşü” ilə hədələyib. Prezident videomüraciətində bunun dialoqun alternativi olduğunu deyib. Onun sözlərinə görə, rejimin çöküşü” dialoqa, kompromisslərə, güzəştlərə alternativdir.

S.Zurabişvili vurğulayıb ki, güzəştlər lazımdır, bəzi şeyləri etiraf etmək lazımdır, kompromisslər lazımdır, əks halda rejim yıxılacaq. Prezident hamını ikinci mərhələyə hazır olmağa çağırıb. O, dekabrın 29-dan sonra da ölkənin legitim prezidenti qalacağını bəyan edib.

Gürcüstan vətəndaş müharibəsi ASTANASINDA: <span style=color:red>Qərb dekabrın 29-dan sonra... - FOTO

Maraqlıdır, S.Zurabişvilinin çağırışlarına ölkə miqyasında səs verən olacaqmı? Dekabrın 29-dan sonra Gürcüstanı nə gözləyir?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Natiq Miri Gürcüstandakı proseslərdə S.Zurabişvilinin ikili oyun oynadığını, müstəqil bir subyekt sayılmadığını vurğulayıb.

Gürcüstan vətəndaş müharibəsi ASTANASINDA: <span style=color:red>Qərb dekabrın 29-dan sonra... - FOTO

Qeyd edib ki, artıq vəzifə səlahiyyətlərini başa vuran S.Zurabişvili Fransanın geosiyasi alətidir: “O, zamanında indiki prezident kürsüsündə oturdulmuş şəxsdir. Mixeil Saakaşvili kimi bir inqilabçının həbsdən buraxılmaması, yəni Zurabişvili tərəfindən əfv edilməməsi də buna xidmət edirdi. Çünki Zurabişvilidən fərqli olaraq, Saakaşvili inqilabçıdır. Həbsdən çıxdığı təqdirdə bütün proseslərin dinamik inkişafına şərait yaratmaqla yanaşı, həm də Zurabişvilini tamamilə kölgədə qoyacaqdı. İkinci bir məsələ əlbəttə ki, Zurabişvilinin xalqa güvənməsidir. Bütün müxalifət qüvvələri bu gün onun ətrafında birləşib. Belə bir fonda Gürcüstan hakimiyyəti, xüsusilə də baş nazir İrakli Kobaxidze bəyan edir ki, guya inqilab bitdi, heç bir maydan prosesi olmayacaq. Düşünürəm ki, bu, vaxtında əvvəl verilmiş bəyanatdır. Daha çox daxili auditoriyaya hesablanıb. Çünki ayın 22-də axşam növbəti etiraz mitinqində toplaşan gürcü xalqının kütləviliyini hər kəs gördü. Bu, elə belə deyildi. Bu cür çağırış, yəni seçkilərin yenidən təyin olunması və güzəştlər, eyni zamanda dialoq təklifindən öncə hakimiyyətə güc nümayişi idi. Bu onu göstərir ki, hökumətin düşündüyü kimi, etiraz prosesi heç də bitməyib. Üstəlik, Zurabişvilini hələ də legitim prezident kimi tanıyan Avropa İttifaqı ölkələrinin getdikcə artan təzyiqlərini düşünün. Fikrimcə, getdikcə bu təzyiqlərin dozası da artırılacaq”.

Gürcüstan vətəndaş müharibəsi ASTANASINDA: <span style=color:red>Qərb dekabrın 29-dan sonra... - FOTO

Politoloq bildirib ki, Gürcüstanda iqtisadiyyatın tamamilə iflic vəziyyətinə gətirə biləcək şərait yarana bilər: “Ona görə də Gürcüstandakı vəziyyət çox mürəkkəbdir. Əgər İrakli Kobaxidze və Bidzina İvanişvili kimi səlahiyyətlilər burnunun dikinə gedib xalqa qarşı müharibə elan etsələr, Gürcüstanı daha acınacaqlı vəziyyət gözləyə bilər. Aranı qarışdırıb Cənubi Qafqazda yeni münaqişə törətmək istəyən qüvvələr var. Bu kontekstdə Gürcüstanda vətəndaş müharibəsinə qədər prosesi götürmək istəyənlər və təxribaçılar da mövcuddur. Ona görə də Gürcüstan hökuməti İvanişvili başda olmaqla, o qədər də özlərinə güvənməsinlər. Mənə elə gəlir ki, dekabrın 22-də olan etiraz mitinqi hər şeyin hökumətin bəyan etdiyi kimi olmadığı gerçəyini ortaya qoydu. Ona görə proses mürəkkəbdir. Doğru olan oturub danışmaq, mürəkkəb prosesdən çıxış yollarını müzakirə mövzusuna çevirməkdir. Çünki hökumətin qarşısında duran da xalqın nümayəndəsidir. Böyük əksəriyyət də Avropaya inteqrasiyadan yana istəyini ortaya qoyub. Bu da bir gerçəkdir. Onu heç kəs dana bilməz. Əvvəllər Avropa İttifaqına barmaq silkələyən Kobaxidze bu gün avroplılarla bütün səviyyədə danışmağa hazır olduğunu bəyan edir. Demək ki, əvvəldən yanlış siyasət yürüdülmüşdü. Bu cür bəyanatlara ehtiyac yox idi. Hətta Rusiyanın qanunu kimi təqdim olunan “Xarici agentlər haqqında” qanunun da müzakirə mövzusu olmasına razılıq veriblər. Hansı ki, bu cür toqquşmalar olmadan Avropa İttifaqı dəfələrlə təklif etmişdi ki, bu qanun layihəsinə yenidən baxılsın. Ancaq eşidən olmadı. Ona görə də hazırda ortada çox böyük yanlışlıqlar var. Bir tərəfdə Fransanın geosiyasi maraqları və aləti Zurabişvili, digər tərəfdə hökumətin yanlışları. Əlbəttə ki, ortada əziyyət çəkən gürcü xalqıdır”.

Gürcüstan vətəndaş müharibəsi ASTANASINDA: <span style=color:red>Qərb dekabrın 29-dan sonra... - FOTO

N.Miri söyləyib ki, bu gün Gürcüstan hökumətinin daha adekvat, rasional qərarlar verəcəyini iddia etmək çətindir: “Çünki hökumət və onun başçısı adekvat deyil. Prosesdə nə qədər yanlış addımlar atıldığı ortaya çıxıd. Eyni zamanda Zurabişvilinin timsalında bir geosiyasi aləti də düşünün. Yəni, müstəqil şəxs deyil və Gürcüstanın tam olaraq təhlükəsizliyini düşünən bir şəxs deyil. Musiqi üçün dirijor çubuqları da Zurabişvilinin əlində deyil. Ona görə də vəziyyət çox mürəkkəb, hətta dramtikdir. Nəzərə alın ki, Gürcüstan bir o qədər də böyük ölkə deyil. Elə bir güclü iqtisadiyyata malik ölkə də deyil. Daha çox turizim və müəyyən mineral sulardan, qismən Rusiyaya, ümumən MDB-yə ixrac etdiyi şərab içkilərindən başqa istehsalı yoxdur. Gürcüstan bütün təzyiq mexanizimlərinə açıqdır. Avropanın təzyiq, təsir etmək imkanları mövcuddur və bundan da tədricən istifadə etmək istəyirlər. Ancaq Gürcüstan rəhbərliyi belə burnu dik davam etdikcə, düşünürəm ki, bu tətbiq olunan sanksiyaların, təzyiqlərin dozası daha da artacaq. Dekabr ayının 29-da prezidentin andiçmə günüdür. Bu da əslində yeni bir qarşıdurma potensialıdır. Bu gün Zurabişvilinin arxasında duran qüvvələr, yəni Qərb də bu məsələdə maraqlıdır. Çünki prezidentlikdən istefa verməyəcəyini, kabinetini tərk etməyəcəyini iddia edir. Hökumət də bunun baş verə biləcəyini, hətta lazım gələrsə onun həbs olunacağını deyir. Bu, yeni bir qarşıdurmaya, ciddi toqquşmaya səbəbdir. Buna görə də gözləyək görək perspektiv nə olacaq”.

Nailə QASIMOVA

Seçilən
5
medianews.az

1Mənbələr