Qırğızıstan prezidenti Sadır Japarov təmizliyə riayət etməyən vətəndaşlar haqqında qəzəbli yazı dərc edib.
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, dövlət başçısı təmizliyə laqeyd yanaşan insanların mövcudluğunndan təəssüf ifadə edib.
“Bu, xüsusilə Bişkek və Oşda nəzərə çarpır. Neçə dəfə şəhər rəhbərlərini danlamışam: “Niyə zibil qutularının üstündən zibil aşır? Niyə təmizləmirsən? Təmizlik haradadır?” Cavab olaraq bu videonu göndərdilər. Bu nədir? Zibil qutuları boşdur! Doğrudanmı maşından düşüb tullantını zibil qutusuna atmaq bu qədər çətindir? Sonra da bələdiyyə sədrlərini tənqid edirsiniz: “Niyə zibilləri təmizləmirlər? Niyə şərait yaratmırlar?” Bu videoya diqqətlə baxın! Yəqin ki, qonşular bu insanları tanıyacaq”, - Qırğızıstan prezidenti yazıb.
S.Japarov belə insanları biabır etməyə, öz yerinə qoymağa çağırır.
“Bir nəfər bütün cəmiyyət üçün kifayət deyil. Cəmiyyət özünü maarifləndirməlidir”, - deyə prezident qeyd edib.
Musavat.com