Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mixeil Kavelaşvilini Gürcüstan prezidenti seçilməsi münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı təbrik məktubunda Türkiyə və Gürcüstan arasında ikitərəfli münasibətlərin və sıx əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə edib.
“Türkiyəni Gürcüstanla yaxın qonşuluq və strateji tərəfdaşlıq bağlayır. Sizə şərəfli vəzifəni yerinə yetirməkdə uğurlar arzulayıram. Tam əminəm ki, fəaliyyətinizdə olduğunuz müddətdə ölkələrimiz arasında xarici maraqlarımıza uyğun gələn və regionun tərəqqisinə xidmət edən dostluq və sıx əməkdaşlığı bundan sonra da inkişaf etdirəcəyik”, - təbrik məktubunda deyilir.
Müəllif: Cəmilə Babayeva