“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 14 nəfərə çatıb.
Söz.az "Sputnik Qazaxıstan"-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Hazırda 14 zərərçəkən rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan 14 nəfərdən 5-i ağır vəziyyətdə reanimasiyadadır.
11 yaşlı uşaq xəstəxanaya yerləşdirilib və təcili yardım səviyyəsində müayinə olunur.
Daha bir 16 yeniyetmə də xəstəxanaya çatdırılır.