Kulis.az Tanrıverdi Əliyevin "Ədəbi tənqidin tarixi və metodları" yazısını təqdim edir.
Fəlsəfənin məqsədi özündən əvvəlki fəlsəfələrə qarşı çıxmaqdır. Lüdviq Vitqenştaynın bu sözü, əslində, tənqid məfhumunun açarıdır. Əksər fəlsəfi cərəyanlar özlərindən əvvəlki cərəyanlara və fikirlərə qarşı çıxaraq yeni fikirlər istehsal etmişdir. Bu, ədəbiyyatda da belədir.
Ədəbiyyatın bir çox cərəyanı özündən öncəki estetik cərəyanlara reaksiya olaraq yaranmışdır. Məsələn: romantizm cərəyanı klassisizmin rasionallığına və sərtliyinə, realizm axımı romantizmin xəyalpərəstliyinə, simvolizm cərəyanı isə parnasizmin reallığı göstərərkən duyğulardan uzaqlaşmağa çalışmasına görə qarşı çıxmışdır.
Bəzən elə olur ki, ədəbi tənqid cərəyanı deyil, əsərin özünü hədəf alır. Buna misal olaraq, Jan Batis Molyerin qələmə aldığı məşhur Sid faciəsinin Jorj de Sküderi tərəfindən "Molyer bu əsərdə klassisizmin üç vəhdət prinspini (zaman, məkan və hərəkət aksisi) pozmuşdur" fikrini ifadə edərək tənqid etməsini nümunə göstərmək olar.
Jorj de Sküderi
Niyə məhz cərəyanlar, fikirlər, əsərlər bir-birinə qarşı çıxır? Əgər qarşıçıxma varsa, o qarşıçıxmaya səbəb yaradan boşluq nədir?
Bu sualın cavabını məşhur türk ədəbiyyatşünası Ahmet Hamdi Tanpınar gözəl izah edir. Ahmet Hamdi Tanpınarın ədəbi tənqid haqqında maraqlı və bir qədər sərt fikirləri vardır. Tanpınara görə, ədəbi tənqid ədibin özü özünü tənqid etməsindən başlayır. Qərbdə ibtidai tənqid, bir növ, günahları yumaq kimi təqdim edilir. Necə ki, xristianlar kilsədə günahlarını yumaq ayinini həyata keçirdikdə, öz günahlarını danışıb tövbə edirsə, ədəbi tənqid də bu cürdür. Bu fikri müasir türk ədəbiyyatşünas (mənim müəllimim) Cem Yılmaz Budan belə izah edir:
"Şair, ressam, besteci, heykeltraş fark etmez. Sanat adamı kendisi eser yaratırken üzerinde defalarca düşünür, şunu şöylemi yapsam, böylemi yapsam? Aslında bu gelip-gitmeler sanat adamının kendini eleştirisidir. Buna özeleştiri deniyor".
Tanpınarın ədəbi tənqidi dindəki günahyumaq ayininə bənzətməsi olduqca qəribədir. Əslində, onun dediyi fikir İslam dinində də mövcuddur. Belə ki, müsəlmanlar da tövbə edərkən öz günahlarını dilə gətirərək günah etdiklərini söyləyir və Allahdan bağışlanmaq diləyir. Deməli, Tanpınarın bu fikrindən belə bir nəticə çıxarmaq olar: Tənqid üçün insan faktorunun olması mütləqdir, yəni teosentrizmdən çıxıb antroposentrizmə keçid etmək lazımdır. Çünki sıxıntılı və xətalı olan məsələlər ədəbi tənqidin yaranmasına səbəb olur. İnsan özü də ziddiyyətli və xətalı varlıq olduğu üçün onun yaratdıqları (yaradıcılığı, fəlsəfəsi, ədəbi cərəyanları) tənqidə layiqdir. İdealizə olunmuş, insanlar tərəfindən qüsursuz və məsum qəbul edilən bir anlayış ədəbi tənqidin inkişafına maneəçilik törədir. Yenə Tanpınar bu fikri belə izah edir: "Klassik ədəbiyyatımızın əskikliyi fikir tərəfdarlarının az olmasından irəli gəlirdi. Dindəki sünnilik cərəyanı və ondan doğan təsəvvüf ədəbiyyatda qıtlıq yaratdı. Ədəbi tənqidin mövcud olmadığı ədəbiyyatda inkişaf olmaz. Dolmuş bəzi qəliblər və məşrutiyyəti öncədən qəbul edimiş məfhumlar aşınmır (dağılmır), bu da ədəbiyyatı ciddi şəkildə geriyə aparır”.
Ədəbi tənqidin tarixinə nəzər yetirdikdə, ilkin olaraq biz antik dövrlərə nəzər yetirməliyik. Qədim Yunan filosoflarından olan Aristotel reallığı və Platon ideallığı arasında olan tənqidləşmə ədəbi tənqidin ilkin versiyalarına daxildir. Platona görə sənət reallığı təqlid edir və həqiqəti əks etdirmir. Aristotel isə sənətin reallığı petok şəkildə ifadə etməsini müdafiə edir. “Poetika” əsərinə görə mimessis (yəni təqlid) ifadəli olmalıdır, gerçəkliyi olduğu kimi yazmaq tarixçilərin işidir. Platondan fərqli olaraq Aristotel katarsisi, yəni islah olunma arzusunu da müdafiə edirdi.
Daha sonra isə ədəbi tənqid anlayışı Renessans dövründə cilalanaraq, klassisizm cərəyanına gəlib çıxmışdır. Bir çox ədəbiyyatşünas ədəbi tənqidin bu dövrünə klassisizm dövrü adını verir. Bu dövrdə qeyd etdiyimiz kimi Jan Batis Molyeri Jorj de Sküderi, Pyer Korneli Kardinal Rişelye tənqid edir. Lakin bu dövrdə ən yaddaqalan ədəbi tənqidçi Nikolo Bualo olmuşdur. Bualonun “Poeziya Sənəti” əsərində artıq tənqid anlayışına linqvistik aspektdən baxış məfhumu gəlmişdir. Ona görə şeirin dili axıcı, səlis, rəvan olmalı, yersizcəsinə alınma sözlərdən, təkrirlərdən (təkrar sözlər) istifadə edilməməlidir. Çünki bu, şeirdə sünilik yaradır və oxucunu yorur.
XVIII əsrdə Avropa maarifçilik dövrünə keçid edərkən ədəbi tənqiddə də dəyişikliklər baş vermişdir. Fransız maarifçiləri - Deni Didro, Fransua Mari Volter və Jan Jak Russonun subyektiv estetik görüşləri tənqid anlayışına yeniliklər qazandırmışdır. Hər üç filosof və ədibin ortaq cəhətləri materializmə yönəlmə və klassisizmin üç vəhdət prinsipinə qarşı çıxmaları idi. Lakin bu üç filosof arasında da ciddi fikir mübahisəsi mövcuddur.
Deni Didro
Didroya görə, sənətkar xalqa xidmət etməlidir və didaktik əsərlər yazılmalıdır. Buna görə o üç vəhdət prinsipini, eləcə də, klassisizmin "dəbdəbəliliyini" inkar edirdi. O, sadəliyi müdafiə edərək belə bir estetik fikir yaratmışdır: "Adi olan hər şey sadədir. Lakin sadə olan hər şey adi deyildir." Volter də, qeyd etdiyimiz kimi, klassisizmə qarşı idi, lakin bəzi estetik məsələlərdə klassisizmin təsirindən çıxmırdı. Klassisizm nümayəndələrinə görə, gözəllik bizə zövq verən ideallaşdırılmış həqiqətdir. İncəsənət ideallaşdırılmış təbiəti əks etdirməlidir.
Volter sözügedən bu müddəa ilə razılaşırdı. O yazırdı: “Bizim hisslərimizi və qəlbimizi heyran qoyan, bizə zövq verən şeylərə gözəl deyirik”. Lakin Volter klassisizm nümayəndələrindən fərqli olaraq, gözəlliyin tarixiliyini etiraf edir. Onu da qeyd edək ki, Volter və Didro klassisit ədiblərdən olan Jan Rasin və Pyer Korneli böyük şəxsiyyətlər hesab edirdilər. Maarifçilik dövrünün ən sərt tənqidçisi Jan Jak Russo idi. O, Volter və Didronun əksinə olaraq Jan Rasin və Pyer Korneli də tənqid edirdi. Hətta, Volterdə klassisizmin təsiri olmasına görə onu da tənqid edirdi. Ona görə sənətkar yalnız sadə xalq həyatından yazmalıdır. Qeyd etmək lazımdır ki, Russo ümumən teatr sənətinə sərt reaksiya bəsləyirdi. Ümumən söyləmək olar ki, maarifçilik hərəkatında dövrün ictimai-siyasi vəziyyətinin nəzərə alınması ədəbi tənqid anlayışına oturmuşdur.
XIX əsrin tənqidi baxışı - romantik tənqid:
Dialektik və simvolik baxışı özündə birləşdirən, ədəbi tənqidə tarixilik anlayışını gətirən romantiklər, klassik tənqidin prinsiplərinə reaksiya, üsyan kimi meydana gəlmişdir. Bu baxış Herder və Hötenin inkişaf etdirdiyi üzvi quruluş anlayışından yaranıb, lakin o, əksliklərin birliyi, simvollar sistemi kimi inkişaf edərək üzvi anlayışdan tamamilə uzaqlaşıb. Almaniyada bu baxış davamlı olaraq estetik reallığın özündən uzaqlaşdırılaraq mistisizmə yönəldilmişdir. Şleqels və onların ətrafında olan bir neçə tənqidçi poeziyaya bu baxışı qəbul edirdilər. Onlar bu baxışı emosionalizm, naturalizm və mistisizmə cavab olaraq işlənmiş, eləcə də, simvolizmi ədəbiyyat tarixini dərindən dərk etməklə uğurla birləşdirən qənaətbəxş bir poeziya nəzəriyyəsinə çevirmişlər.
Modern tənqid - (20-ci əsr tənqidi):
Avropada XX əsrdə modernizm cərəyanının yaranması ədəbi tənqiddə müxtəlif fikirlər doğurmuşdur. Bu fikirlərdən ən mühümü əsrin əvvəllərində bütün Avropaya təsir edən impressionist tənqiddir. Fransada Jules Lemaitre, Anatole France, Re my de Gourmont və Andre Gide impressionist tənqidin əsas simalarına çevrildilər. Fransız rəssamlığında impressionizm iki qolda inkişaf etmişdir. Bunlardan biri Paul Souday və Kleher Haedens tərəfindən edilən gündəlik tənqidlər, elm və doktrinaya əsaslanmayan və qəzetlərdə də yer alır, digəri isə Alain və Andre Suarez kimi esseistlərin intuisiyaya əsaslanan tənqidləridir. İmpressionist tənqid ilk dəfə 19-cu əsrdə İngiltərədə meydana çıxdı. O, William Hazlitt ilə ortada göründü və sonra Swinburne, Ruskin və Pater kimi tənqidçilərlə davam etdi. Lakin impressionistlər bu ölkədə müasir tənqidin inkişafına böyük töhfə vermədilər, Almaniyada L.Şpeydel Vyana məktəbini yaratmaqla impressionizmin əsasını qoydu. Bu məktəbin ən mühüm siması Hermarin Bahrdır, Amerikada James Huneker impressionizmi müdafiə edir. Joel Spingarn 1910-cu ildə Amerika tənqidinə yeni bir fikir gətirir. Bu fikrə görə, hər bir sənət əsəri ayrı-ayrılıqda, özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla qiymətləndirilməlidir.
Anatol Frans
Düzdür, bu dövrlərdəki modernist hərəkatlar kütləvi şəkildə bir-birini tənqid etməsinə baxmayaraq tənqid elmində yeni-yeni anlayışlar yaratmışdır. Qeyd etmək lazımdır ki, modernizm dövründə ekspressionistlər impressionistləri, naturalistləri, klassisitləri; simvolistlər naturalistləri, parnasistləri; dadaistlər rasionalistləri, deterministləri tənqid edirdilər. Onu da söyləmək lazımdır ki, əksər modernist hərəkatlar subyektiv idealizmə əsaslandıqları üçün əsərdən ideyalar çıxarmağı oxucunun ixtiyarına həvalə edir. Bu da oxucu tənqidinin inkişafına zəmin yaratmışdır.
Günümüz ədəbiyyatda postmodernizm ilə metamodernizm axımları hökm sürür və bu axımlar özləri də ədəbi tənqidə müxtəlif tövhələr vermişdir. Müasir tənqid ilkin olaraq absolutizm (mütləqçilik) ilə başlasa da, yerini relativizmə həvalə etmişdir. Absolutizm ədəbi tənqiddə mütləqiyyəti və dəyişməzliyi müdafiə edirdi, halbuki hər bir ədəbi tənqidçinin baxış bucaqları və zövqləri müxtəlif olduqları üçün relativizm mütləqçiliyə qarşı çıxmışdır. Relativizmə görə zövqlər, estetik anlayışlar və tənqid baxış bucaqları müxtəlifdir. Artıq XXI əsrə gəldikdə ədəbi tənqiddə New Criticism yeni tənqidçilik məfhumu yaranmışdır. Bu məfhuma görə bir əsəri tənqid və təhlil edərkən əlimizdə olan bütün vasitələrdən istifadə etməliyik. Yəni, bir əsəri bioqrafik, tarixi, fəlsəfi, narratoloji, fizika, kimya, coğrafi, astrofiziki və müxtəlif elmlər vasitəsi ilə tənqid və təhlil etmək mümkündür.
Nəticə olaraq qeyd edə bilərik ki, dövrlərin ədəbi tənqidə verdiyi töhfələri ədəbiyyatşünas Vaqif Sultanlı "Azərbaycan ədəbi tənqidi" kitabında tənqidin metodları şəklində ifadə edir.
Bioqrafik metod daha çox müəllifin şəxsiyyətinin bədii yaradıcılığın müəyyənedici faktoru kimi dəyərləndirilməsini əsas tutur. Bu təhlil metodu XIX əsr fransız ədəbiyyatşünası Şarl Sent Böv tərəfindən yaradılmışdır.
Şarl Sent Böv
Mədəni-tarixi metod bədii əsərləri mənsub olduğu tarix və mədəni mühit kontekstində araşdırmaya cəlb edir. Bu yaradıcılıq yöntəminin bioqrafik metodla oxşar və fərqli məqamları vardır. metod XVIII əsrin sonlarında alman filosofu, tarixçisi və yazıçısı İohann Herder (1744-1803) tərəfi ndən yaradılmışdır.
Sosioloji metod bədii əsərləri idеya-məzmun, mövzu-problеm baхımından təhlil obyеktinə çеvirməyi nəzərdə tutur. Ədəbi tənqidin bu istiqaməti bədii matеrialı bədiilik kritеriyası ilə dеyil, sosioloji prizmadan dəyərləndirdiyindən onu müraciət olunan mövzunun nеcə işlənilməsindən daha çoх, nə dərəcədə uğurlu sеçilməsi düşündürür.
Strukturalist metod bədii əsərləri forma, struktur, kompozisiya еlеmеntləri kontеkstində dəyərləndirir. Bədii matеriala strukturalist yanaşma daha çoх sənət əsərlərini forma komponеnti kimi təqdim еtmək məramından qaynaqlanır.
Linqvistik metod bədii əsərləri əsas еtibarı ilə dil baхımından dəyərləndirir. Ədəbi tənqidin digər istiqamətlərindən fərqli olaraq bədii əsərlərin dil baхımından təhlili daha əski tariхə malikdir.
Komparativistika bədii mətnin müqayisəli araşdırılması kontekstində dəyərləndirildiyi təhlil yöntəmidir.
“Müqayisəli ədəbiyyatşünaslıq” termini J.Kyuvyenin “müqayisəli anatomiya” termini əsasında Fransada yaranmışdır.
Mifopoetik metodbədii mətnin ilkin, mifoloji qatlarının araşdırıldığı təhlil metodudur. Metodun ideya təməli alman alimləri F.V.Şellinq və Şlegel qardaşlarının fəlsəfi-estetik görüşlərinə söykənir. Lakin mifopoetik metodun mənşəyi müxtəlif nağıllarda süjet və obraz ortaqlığını üzə çıxaran Qrimm qardaşlarının folklorla bağlı fəaliyyəti ilə bağlıdır.
Psoxoloji metod Ukrayna dilçisi, ədəbiyyatşünası və filosofu Aleksandr Potebnya tərəfindən yaradılmışdır. Bu metod bədii mətnə psixopoetika, freydizm, neofreydizm, psixoanalitik təhlil metodları ilə yanaşma tərzi ilə səciyyələnir. Metodun əsas məqsədi yaradıcılıq psixologiyasını, qəhrəmanın daxili dün ya sını, oxucu qavrayışını öyrənməkdir. Təhlil prosesində tədqiqatçı dominant nöqtəyə və onun açıqlanması formalarına (etiraf, gün dəlik, yazışma, daxili monoloq, şüur axını, dialoq, düzgün olma yan nitq, ruhun dialektikası, şüuraltı proseslər – yuxu, ürəyə damma, bayılma və s.) diqqət yetirir.
Aleksandr Potebnya
Psixoanalitik metod Avstriya alimi Ziqmund Freyd tərəfindən yaradılmış, neofreydistlər (Erix Fromm, Anna Freyd, Stanislav Grof) tərəfindən təkmilləşdirilmişdir. Bədii əsərləri ən gözlənilməz rakurslardan dəyərləndirən bu təhlil metodu hazırda ədəbi tənqidin ən populyar istiqamətlərindən biri hesab olunur.
Psixoanalitik metod bədii mətnləri yazıçının şüurlu və şüuraltı yaradıcılıq aktı kimi dəyərləndirir.
Semiotik metod bədii mətndə işarənin məna yaradan funksiyasını araşdırmağa yönəlik təhlil üsuludur. Strukturalizm məktəbi ilə sıx bağlı olan bu metodun yaradıcıları Çarlz Pirs, Uliyam Morris hesab olunur.
Hermenevtika bədii əsərin (yazıldığı dövrün şərtlərini nəzərə alaraq) mahiyyətini dərk etməyə yönəlik mətn təhlilinin fəlsəfi və estetik nəzəriyyəsidir. Təhlilin başlıca funksiyası sənət əsərini mütləq bədii dəyərinə görə anlayıb qavramaq üslullarını aşkarlamaqdır. Metodun banisi alman filosof Fridrix Şleyermaxel, məktəb halına gətirib inkişaf etdirən isə Hans Qadamerdir.
Postmodern tənqid metodu postmodern səpkidə yazılmış əsərlərin araşdırılmasında müraciət olunan təhlil üsuludur. Əlbəttə, postmodern tənqidin bəzi elementlərinə əvvəlki dövrün araşdırmalarında təsadüf edilir. Postmodern tənqidin əsas metodu olan dekonstruktivizmin qurucusu XX yüzil fransız filosofu və ədəbiyyat nəzəriyyəçisi Jak Derrida hesab edilir. Lakin çağdaş ədəbi-nəzəri fikirdə postmodern təhlil metodu ilə bağlı yekdil fikir mövcud deyildir. Bu isə təbii olaraq yazılan araşdırmaların yayğınlığına səbəb olur.