Olaylar.az xəbər verir ki, bu barədə "Science Advances" jurnalında dərc olunan araşdırmada deyilir.
Utrext Universiteti (Hollandiya) və Mançester Universitetindən ( Böyük Britaniya ) klimatoloqlar qeyd ediblər ki, Yer kürəsində dinozavrları məhv edən hadisələr - asteroid zərbəsi və kütləvi vulkan püskürmələri ilə bağlı elmdə konsensus var. Bununla belə, ekspertlər hesab edirlər ki, qədim heyvanların nəsli kəsilməsinin əsas səbəbi asteroidin planetlə toqquşmasıdır.
Alimlər bildiriblər ki, Hindistandakı vulkan püskürmələri qlobal iqlimə açıq şəkildə təsir göstərsə də, dinozavrların kütləvi məhvinə səbəb ola bilməzdi. Mütəxəssislər ABŞ -da qədim torf bataqlıqlarının fosil molekullarının tədqiqindən əldə edilən məlumatları tədqiq edərək , o dövrün iqlimi haqqında məlumatları üzə çıxarıblar.