Prezident İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması səbəbilə Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək MDB dövlət başçılarının iclasında iştirakını təxirə salıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya "RİA Novosti" agentliyi yayıb.
Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. KİV-in məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta