AZ

Kelloq: “Minsk sazişlərinin təkrarı olmayacaq”

AzVision.az xəbər verir ki, Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Amerikanın “Fox Business” mühafizəkar telekanalının efirində ABŞ-nin gələcək prezidentinin Rusiya ilə Ukrayna arasında ədalətli və davamlı sülhü təmin edəcək razılaşmalara nail olmaq istədiyini vurğulayıb.

Minsk razılaşmalarını xatırladan Kelloq, keçmişdə də oxşar cəhdlərin edildiyini, lakin onların“iflasa uğradığını”deyib. O, əmindir ki, Tramp bu vəziyyətin bir daha təkrarlanmasına imkan verməyəcək.

“Prezident müttəfiqləri ilə, eləcə də Vladimir Putinlə münasibətlərin vacibliyini anlayır. O, bunu son çatıra biləcək adamdır və mən həqiqətən də bunu nisbətən yaxın gələcəkdə edəcəyinə inanıram”, - gələcək prezidentin gələcək xüsusi nümayəndəsi bildirib.

Xatırladaq ki, 2014-2015-ci illərdə əldə olunan Minsk razılaşmaları Donbassdakı vəziyyəti həll etmək üçün əsas tədbirləri müəyyənləşdirdi: atəşkəs, ağır silahların döyüş xəttindən çıxarılması və nizamlanmanın bir sıra siyasi prinsipləri.

Lakin 2022-ci il fevralın 22-də Rusiya prezidenti Vladimir Putin Moskvanın “Donetsk və Luqansk xalq respublikaları”nı tanımasından sonra Minsk razılaşmalarının artıq mövcud olmadığını açıqladı. Ukrayna prezidenti Vladimir Zelenski, öz növbəsində, bildirdi ki, o, razılaşmaların həllinə gətirib çıxarmayacağını və ölkənin suverenliyinin qorunub saxlanmasına zəmanət verməyəcəyini anladığı üçün onların icrasından imtina etmək qərarına gəlib. Zelenski həmin razılaşmaların Kiyevə zorla sırındığını iddia edib.

Maraqlıdır ki, Minsk sazişlərinin imzalanması prosesində iştirak etmiş Almaniyanın o vaxtkı kansleri Angela Merkel onlatrı“Ukrayna ordusunu gücləndirmək üçün ona vaxt vermək cəhdi” adlandırıb və Fransa prezidenti Fransua Olland da onunla razılaşıb. O vaxtdan bəri bu sözləri dəfələrlə şərh edən Rusiya hakimiyyəti heç kimin razılaşmaları yerinə yetirmək niyyətində olmadığını, Rusiyanın aldadıldığını və bunun vəziyyəti daha da gərginləşdirdiyini bildirib.

Tramp müharibənidərhal dayandırmaq istədiyini deyib
Qeyd edək ki, Donald Tramp dəfələrlə Kiyevə hərbi yardımı dayandırmaq və danışıqlar prosesinə başlamaq planlarını açıqlayıb. Zelenski ilə bu il bir neçə dəfə (sonuncu dəfə dekabrın 7-də Parisdə) görüşən Tramp, problemin həlli yollarını müzakirə etmək üçün Putinlə danışmağı səbirsizliklə gözlədiyini bildirib. Rusiya prezidenti görüşə hazır olduğunu desə də, Kreml bununla bağlı “indiyədək heç bir real impuls”un müşahidə edilmədiyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
14
azvision.az

1Mənbələr