AZ

TKTA sədri: "Dövlət Proqramı çərçivəsində ikili diplom proqramlarının akkreditasiyası keçirilib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom proqramlarının akkreditasiyası keçirilib".
Oxu.Az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, "2019-23-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində maliyyələşdirilən ikili diplom proqramlarının dörd ali təhsil müəssisəsində (ADPU-CVU, ADAU-Ege, BMU-İNHA, ADA-CVU) 11 ixtisas üzrə proqram akkreditasiya qiymətləndirilməsi yekunlaşdırılıb:
"Akkreditasiya Şurasının 28 noyabr 2024-cü il tarixli iclasında bu proqramların 2024/25-ci tədris ilindən başlayaraq, növbəti beş il müddətinə proqram akkreditasiyasından keçməsinə dair qərar qəbul olunub".
Mərahim Nəsib
Seçilən
7
oxu.az

1Mənbələr