Aktauda sərnişin təyyarəsinin qəzaya uğramasının səbəblərindən biri quş sürüsü ilə toqquşma ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “Rostransnadzor” İctimai Şurasının Mülki Aviasiya Komissiyasının sədri Oleq Smirnov RT ilə söhbətində etiraf edib.
“Qəzaya quşlar səbəb ola bilər. Uçuş çoxlu qağayıların olduğu su hövzəsi üzərində həyata keçirilib. Bir və ya bir neçə qağayının toqquşması tamamilə mümkündür; Komissiya işə başlayıb, tezliklə hər şeyə aydınlıq gələcək”, - Smirnov qeyd edib.