AZ

Türkiyə mətbuatı, 25 dekabr 2024

 

“Sabah”: Dəməşqlə ilk razılaşma yoldadır, Aralıq dənizində tarazlıq dəyişəcək

  Türkiyənin Nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu Suriya ilə dəniz yurisdiksiyası müqaviləsi imzalanacağını açıqlayaraq nəqliyyat və rabitə sahələrində də tədbirlər planı üzərində çalışdıqlarını söyləyib.

“Star”: Türkiyənin dəmir yolu Dəməşqə qədər uzanacaq

  Türkiyə Suriyanın hava limanlarını aktivləşdirəcək. Ölkənin dəmir yolu Dəməşqə qədər gedəcək.

“Hürriyet”: Nazir Şimşək Türkiyənin iqtisadi artımına diqqət çəkdi

  Xəzinə və maliyyə naziri Mehmet Şimşək bildirib ki, Türkiyənin 1-2 il ərzində yüksək gəlirli ölkələr qrupuna daxil olmaq potensialı var. O “Biz adambaşına düşən milli gəlir baxımından Avropa İttifaqı ölkələrinə yaxınlaşırıq” deyib.

“Vatan”: Yeni il gecəsi yunan və bolqarların seçimi Ədirnədir

  Yeni ilə Ədirnədə başlamaq istəyən bolqar və yunan turistlərin otel və əyləncə məkanlarında rezervasiyaları 50 faizi keçib. Bu rəqəmin il sonuna qədər 100 faizə yüksələcəyi gözlənilir.

“Yeni Şafak”: Rusiya qazı üçün Türkiyə marşrutu

  Rusiya qazının Ukrayna üzərindən Avropaya daşınmasına dair müqavilənin dekabrın 31-də başa çatması ehtimalı getdikcə güclənir. Türkiyə TANAP və “Türk axını” kimi mühüm boru kəmərlərinin mərkəzində yerləşdiyi üçün bölgənin yeni enerji tənliyindədir.



Seçilən
4
trt.net.tr

1Mənbələr