"Atalanta"nın braziliyalı dayaq yarımmüdafiəçisi Ederson karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Defensa Central" yayıb.
Xəbərə görə, 25 yaşlı futbolçunun xidmətində "Real Madrid" maraqlıdır. "Yeni Kazemiro" adlandırılan futbolçunun transferinin "Kral klubu"na 60 milyon avroya başa gələ biləcəyi vurğulanıb.
Daha öncə Edersonu heyətə qatmaq üçün "Mançester Siti", PSJ və "Yuventus" mübarizə apardıqları barədə məlumatlar yayılmışdı.
Cari mövsüm bütün turnirlərdə 23 matça çıxan Ederson 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı cənubi amerikalının transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.
Nihat