AZ

Oksigen çəni partlayıbmış - ŞOK DETALLAR

Qroznıya uçan təyyarədə sağ qalan sərnişinlər bildiriblər ki, təyyarənin göyərtəsində oksigen çəni partlayıb və insanlar huşlarını itirməyə başlayıblar.

Oxu24.com xəbər verir ki, bu barədə ORDA  məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, quş təyyarənin mühərrikinə dəyib, bundan sonra göyərtəsindəki oksigen çəni partlayıb.

Nəşr onu da yazıb ki, Aktau sakinləri qan mərkəzindən qurbanlar üçün donor olmağı xahiş edən mesajlar almağa başlayıblar.

Dekabrın 25-də səhər saatlarında “Azərbaycan Hava Yolları” QSC-nin Azərbaycanın paytaxtı Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərinin hava limanında qəzaya uğrayıb. Qəzadan əvvəl təyyarənin ekipajı təcili eniş tələb edib. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarənin qəzaya uğradığı yerdə yanğın baş verib. Oraya 52 şəxsi heyət və 11 bölmə texnikası göndərilib.

Təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub.

 

Miri

 

Seçilən
9
4
oxu24.com

10Mənbələr